Xəzərdə iki nəfər batıb: Biri xilas edilib, biri ölüb
Bu gün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 1 km aralı, nəzarətsiz ərazi) iki nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər bir nəfəri xilas edib və 1993-cü il təvəllüdlü İsrafilov Ceyhun Musa oğlunun cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.
Mənbə:> Oxu.Az