Bakıda dənizdən kişi meyiti tapıldı
Bakıda dənizdə batan 31 yaşlı kişinin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Bizimyol.info-ya verilən məlumata görə, iyulun 13-də Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 10 km aralıda, nəzarətsiz ərazidə) batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Məmmədov Ruslan Namiq oğlunun axtarışları başa çatıb. R.Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Mənbə:> Bizimyol.info