Bakıda lift şaxtaya düşdü, 4 nəfər xəsarət aldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Bakıda lift şaxtaya düşdü, 4 nəfər xəsarət aldı

Bakıda lift şaxtaya düşdü, 4 nəfər xəsarət aldı

Bakının Nəsimi rayonunda binada bədbəxt hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Hadisə Abdulvahab Salamzadə küçəsi, 9 ünvanında baş verib.

Hündürmərtəbəli binada 4 nəfər liftlə aşağı düşmək istəyən zaman qurğuda nasazlıq yaranıb. Nəticədə lift sürətlə şaxtaya çırpılıb. İçəridə olan 1995-ci il təvəllüdlü Poladov Vaqif Əfqan oğlu, 1996-ci il təvəllüdlü Məmmədov Təbriz Hüseynağa oğlu, 1982-ci il təvəllüdlü Məmmədov Fərid Fərman oğlu və Əliyev Seymur İbad oğlu müxtəlif dərəcəli sınıq xəsarətləri alıb.

Yaralılar təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *