"Forbes Kazakhstan" jurnalının redaksiyasında axtarış aparılır
Qazaxıstan polisi Almatıda "Forbes Kazakhstan" jurnalının redaksiyasında axtarış həyata keçirilir. "İnterfaks" xəbər verir ki, bu barədə "Forbes Kazakhstan" jurnalının təsisçisi Armanjan Baytasovun saytında məlumat verilib.
Bildirilib ki, bu gün jurnalın redaksiyasına iki əməliyyat qrupu daxil olub. Onlardan biri axtarışlar həyata keçirib, digəri jurnalın baş redaktoru Aleksandr Vorotilovu aparıb. Həmçinin redaksiya heyəti kabinetdə saxlanılır, onların mobil telefonları əllərindən alınıb, istintaq tədbirləri həyata keçirilir.
Saytın Baş redaktoru Anastasiya Novikovanın sözlərinə görə, ona redaksiyada axtarış aparmaq izni olan sənəd göstərilib, lakin o, axtarışın hansı iş çərçivəsində həyata keçirildiyini bilməyib.
Qazaxıstanın hüquq-mühafizə orqanları hələlik axtarışın səbəblərini şərh etməyib.
Mənbə:> İnferfaks