Bakıda baş vermiş ağır yol qəzasında iki nəfər xəsarət alıb » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Avto, Foto

Bakıda baş vermiş ağır yol qəzasında iki nəfər xəsarət alıb – FOTO

Bakıda baş vermiş ağır yol qəzasında iki nəfər xəsarət alıb

Bakı Metropoliteninin "Koroğlu" stansiyasından Hava limanı istiqamətində avtomagistralda (Sabunçu körpüsünə çatmamış) ağır yol-nəqliyyat hadisəsi baş verib."Report" xəbər verir ki, hadisə aeroport şossesinin Sabunçu rayonu ərazisinə düşən hisəsində qeydə alınıb.

Mərkəzdən Sabunçu körpüsünə istiqamətdə hərəkətdə olan 90-OV-204 dövlət qeydiyyat nişanlı "Niva" markalı avtomobilin sürücüsü qəza xəbərdarlıq işığını yandıraraq, avtomaşını yol kənarında saxlayıb. Arxa istiqamətdə yüksək sürətlə hərəkətdə olann 99-GT-169 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil "Niva"ya çırpılıb.

Digər "Opel" markalı avtomaşını isə hər iki nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə "Niva"da olan iki nəfər ağır xəsarət alıb. Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

* * *23:03

Bakı Metropoliteninin "Koroğlu" stansiyasından Hava limanı istiqamətində avtomagistralda (Sabunçu körpüsünə çatmamış) ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

O qeyd edib ki, hazırda həmin ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Bakıda baş vermiş ağır yol qəzasında iki nəfər xəsarət alıb
Bakıda baş vermiş ağır yol qəzasında iki nəfər xəsarət alıb
Bakıda baş vermiş ağır yol qəzasında iki nəfər xəsarət alıb
Bakıda baş vermiş ağır yol qəzasında iki nəfər xəsarət alıb
Bakıda baş vermiş ağır yol qəzasında iki nəfər xəsarət alıb
Bakıda baş vermiş ağır yol qəzasında iki nəfər xəsarət alıb
Bakıda baş vermiş ağır yol qəzasında iki nəfər xəsarət alıb

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *