Azərbaycanda daha bir partlayış - Xəsarət alan var » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal

Azərbaycanda daha bir partlayış - Xəsarət alan var

Azərbaycanda daha bir partlayış - Xəsarət alan var


Şəmkir rayonu, Keçili kəndində ümumi sahəsi 20 m2 olan köməkçi tikilidə (hal-hazırda təmir işləri aparılır) yanğınla nəticələnən partlayış baş verib.

AzNews.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, hadisə zamanı tikilinin pəncərə şüşələri sınıb, divarları qarsalanıb və tikiliyə bitişik yığılmış 16 ton ot bağlamasının 4 tonu yanıb. Partlayış zamanı evdə olan 1 nəfər müxtəlif yanıq xəsarətləri alıb. Köməkçi tikili, ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, bu partlayışda yaralanan Çaparlı kənd sakini Tural Məmmədovu xəstəxanaya aparan təcili tibbi yardım avtomobili yolda rayon sakini 1963-cü il təvəllüdlü Cəfərov Hüseyn Məcid oğlunun idarə etdiyi “Qaz 31” markalı avtomobillə toqquşub. Qəza zamanı H. Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yanıq xəsarəti alan T. Məmmədov Gəncədə olan özəl xəstəxanalardan birinə yerləşdirilib.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *