Bakıda avtobus motosikletlə toqquşub, ölən və yaralanan var » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Avto

Bakıda avtobus motosikletlə toqquşub, ölən və yaralanan var – FOTO

Bakıda avtobus motosikletlə toqquşub, ölən və yaralanan var



Bakının Xəzər rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, Binə qəsəbəsində baş vermiş avtoqəza zamanı motosiklet sərnişin avtobusu ilə toqquşub.

Məlumata görə, 2001-ci il təvəllüdlü Rauf Heybətovun idarə etdiyi motosikletdə bir sərnişin də olub. Binə qəsəbəsinə gedən yolda motosikletin 160 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusuna çırpılması nəticəsində onun sürücüsü R.Heybətov hadisə yerində dünyasını dəyişib, onun sərnişini - 2001-ci il təvəllüdlü Qurbanov Rövşən Vahid oğlu isə xəsarətlə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, avtobusun altında sıxılmış vəziyyətdə qalmış motosikletin sürücüsünün meyitini çıxarmaq üçün əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub və meyit çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yol qəzasının təfərrüatlarını Xəzər polisi araşdırır.
Bakıda avtobus motosikletlə toqquşub, ölən və yaralanan var
Bakıda avtobus motosikletlə toqquşub, ölən və yaralanan var

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *