SOCAR əməkdaşı sükan arxasında öldü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

SOCAR əməkdaşı sükan arxasında öldü

SOCAR əməkdaşı sükan arxasında öldü


SOCAR əməkdaşı sükan arxasında öldü SOCAR şirkətinin əməkdaşı sükan arxasında dünyasını dəyişib.
Bu barədə yayılan məlumatı SOCAR-ın sözçüsü İbrahim Əhmədov təsdiqləyib.
Onun sözlərinə görə, SOCAR-ın Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentinin sürücüsü Mikayıl Məmmədov bu gün qəfil rəhmətə gedib:
"Nəqliyyat Departamentinin rəhbərliyi hazırda mərhumun cənazəsinin yanındadır. Mərhum həmkarımızın yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyirik”.
Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq Avtosfer.az saytı yaymışdı. Məlumata görə, paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 30 ünvanında saat 14:45 radələrində 1959-cu ildə anadan olmuş, Suraxanı rayon sakini Məmmədov Mikayıl Məmməd oğlu idarə etdiyi SOCAR şirkətinə məxsus olan 10 AA 193 dövlət nömrə nişanlı, "Chevrolet” markalı avtomobilin sükanı arxasında olarkən ürək çatışmazlığından vəfat edib.
Faktla bağlı araşdırma aparılır.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *