Əliyev bulvarda sükan arxasında – FOTO
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Ağ Şəhər bulvarında yaradılan şəraitlə tanış olublar.
ANS PRESS-in məlumatına görə, Prezident təməli qoyulduğu ilk gündən başlayaraq Ağ Şəhər bulvarında həyata keçirilən inşaat işlərinin gedişi ilə mütəmadi maraqlanıb, layihənin yüksək keyfiyyətlə icra olunmasına şəxsən nəzarət edib. Bakı sakinlərinin və şəhərimizin qonaqlarının istirahəti üçün Ağ Şəhər bulvarında infrastruktur ən müasir tələblər səviyyəsində yaradılıb.
Bulvarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün piyada keçidləri də inşa edilib. Bu gözəl istirahət məkanı sürətlə böyüyən və inkişaf edən Bakının görməli və gəzməli yerlərinə yeni bir ünvan da artırır. Bakı Ağ Şəhər bulvarı Ağ Şəhərdən Xəzərə açılan mənzərəni daha da cazibədar edir.
Mənbə:> ANSPRESS