Ali Məhkəmənin qarşısında avtobus yandı – VİDEO
Paytaxtın Xətai rayonunda, Ali Məhkəmənin qarşısında avtomobil yanıb. “Qafqazinfo” xəbər verir ki, əraziyə yanğınsöndürənlər cəlb edilib.
Yanğın səbəbindən yolda avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Hadisənin hansı səbəbdən baş verdiyi barədə məlumat verilmir.
Hadisə şahidlərinin verdiyi məlumata görə, yanan avtomobil mikroavtobus olub.
Yanğın söndürülüb. Xəsarət alan olmayıb.
Mənbə:> Qafqazinfo.Az