İran-İraq sərhədində güclü zəlzələ baş verib
İran-İraq sərhədində 5,1 bal gücündə zəlzələ baş verib.
APA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Mehran şəhərindən 45 cənub-şərqdə, ocağı isə 40 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Mənbə:> APA