İnterpol adam öldürməyə cəhd edən bu azərbaycanlını axtarır
İnterpol adam öldürməyə cəhd edən azərbaycanlı barədə axtarış elan edib.
Trend-in məlumatına görə, 1965-ci il təvəllüdlü Kamal Fətullazadə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilib.
Lənkəran şəhərində anadan olmuş K.Fətullazadə barəsində hüquq-mühafizə orqanları tərəfindən Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Təqsirləndirilən şəxs istintaqdan yayınıb.
Azərbaycanın məhkəmə orqanı K.Fətullazadə barəsində həbs-qətimkan tədbiri seçib və onun tutularaq istintaqa cəlb edilməsi haddında qərar çıxararaq, İnterpola təqdim edib.
İnterpol həmin qərar əsasında K.Fətullazadəni beynəlxalq axtarışa verib.
Mənbə:> Trend