Bakıda lift qırıldı: 11 yaralı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Bakıda lift qırıldı: 11 yaralı – YENİLƏNİB

Bakıda lift qırıldı: 11 yaralı

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda 11 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Virtualaz.org FHN-in saytına istinadən bildirir ki, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar. Əməliyyat saat 19:24-də başa çatıb.

Musavat.com xatırladır ki, daha əvvəl yayılan məlumatda "20 Yanvar" metrostansiyasının yaxınlığında yerləşən çoxmərtəbəli yaşayış binalarından birində liftin qırıldığı, hadisə nəticəsində nişanlısını şadlıq evinə aparmaq üçün gələn bəyin dünyasını dəyişdiyi bildirilirdi.

Məlumatda iddia olunurdu ki, bəylə yanaşı litfdə olan iki nəfər də ölüb.

FHN-in xəbərindən isə hadisə nəticəsində 11 şəxsin zərər çəkdiyi, ölüm faktının qeydə alınmadığı aydın olur.

* * *21:38

Paytaxtda bəy toy günü faciəvi şəkildə dünyasını dəyişib.

Azvision.az-a daxil olan məlumata görə, metronun "20 Yanvar" stansiyası yaxınlığında yerləşən çoxmərtəbəli yaşayış binalarından birində lift qırılıb.

Hadisə nəticəsində nişanlısını şadlıq evinə aparmaq üçün gələn bəy dünyasını dəyişib.

Məlumata əsasən, bəylə yanaşı litfdə olan iki nəfər də ölüb.

Hələlik ölən şəxslərin kimliyini dəqiqləşdirmək mümkün olmayıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *