Mosulda terror aktı, 14 polis işçisi öldürülüb
İraqın Mosul şəhərində 14 polis əməkdaşı terror aktının qurbanı olub, daha 20 nəfər isə yaralanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Anadolu agentliyi İraq federal polisinin əməkdaşı Haris Kazıma istinadən məlumat yayıb.
Onun sözlərinə görə, İŞİD terror qruplaşmasının 6 yaraqlısı Mosulun qərbində Bab at-Tub rayonunda yerləşən polis məntəqəsinə hücum edib.
Terrorçular polis idarəsinin iki binasını ələ keçiriblər.
Sonradan aviazərbə nəticəsində hər iki bina dağıdılıb, 17 terrorçu məhv edilib.
Mənbə:> Oxu.Az