Kanar adalarında 140 sərnişin daşıyan bərə pirsə çırpıldı – VİDEO
Kanar adalarında “Armas” şirkətinə məxsus 140 sərnişini daşıyan “Volcn de Tamasite” adlı bərə Las-Palmas-de-Qran-Kanariya şəhərindən çıxarkən pirsə çırpılıb.
AzNews.info-nun Trend-ə istinadən verdiyi məlumata görə, insident yerli vaxtla saat 20:30-da baş verib. Elektrikdə nasazlıq olduğundan, komanda mühərrikləri idarə edə bilməyib və nəticədə bərə pirsə çırpılıb.
Hadisə nəticəsində bərədə olan sərnişinlər xəsarət almayıb. Lakin bərəyə və pirsə ciddi ziyan dəyib.
Mənbə:> Trend