ATV-nin efirində biabırçılıq » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Media, Video

ATV-nin efirində biabırçılıq – VİDEO

ATV-nin efirində biabırçılıq

ATV kanalında böyük bir biabırçılıq yaşanıb.

Oxu.Az-ın məlumatına görə, “İdeya qazandı” layihəsinə qatılan gənc münsiflər heyəti tərəfindən məsxərəyə qoyulub.

Verilişdə öz layihəsini təqdim edən Orxan adlı gəncin gülüş hədəfinə çevrilməsinin əsas səbəbi danışığının qüsurlu olması olub. Fikirlərini ifadə etməkdə çətinlik çəkən gəncin ideyası məsxərə qoyulub.

Kənd təsərrüfatı sahəsinə aid layihəsi ilə münsiflərin diqqətini cəlb etməyə çalışan gəncin ideyası da onların gülüşünə səbəb olub.

Dili qüsurlu olduğundan gənc layihəsi haqqında məlumat verərkən çətinlik çəkib. Bundan başqa, onun təqdim etdiyi layihə münsiflər tərəfindən tamamilə mənasız hesab olunub. Münsiflərdən biri, hətta əlindəki vərəqi yerə atıb, digərləri isə özlərini gülməkdən saxlaya bilməyiblər.

Gözləmədiyi reaksiya ilə üzləşən zavallı gənc özünü itirib və münsiflərin suallarını cavablandırmaqda çətinlik çəkib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *