Bakıda restoranda xidmətçi müştərilər tərəfindən döyülüb
Bakıda döyülmə hadisəsi baş verib.
AzNews.info Report-a istinadən xəbər verir ki, hadisə “İpək yolu” restoranında qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Əsədzadə Həmid Allahverdi oğlu iki nəfər tərəfindən döyülərək ağır xəsarət alıb. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
H.Əsədzadə polis əməkdaşlarına “İpək yolu” restoranında döyüldüyünü bildirib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Report