Gəncədə əqli zəifliyi olan kişiyə su əvəzinə aseton içiriblər
Gəncə şəhər sakini kimyəvi maddədən zəhərlənib.
Şəhər sakini - 1964-cü il təvəllüdlü Pərviz Mütəllimov zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
İlkin məlumata görə, əqli çatışmazlığı olan P.Mütəllimova aldadılaraq su əvəzinə aseton içirdilib və o zəhərlənib.
Faktla bağlı araşdırma gedir.
Mənbə:> APA