Polis qəza törətdi: Avtomobil iki hissəyə bölündü
Ucar rayonunda yağan qar qəzaya səbəb olub.
Oxu.Az xəbər verir ki, yol-nəqliyyat hadisəsi Ucar Rayonu dörd yol adlanan ərazidə qeydə alınıb.
Yolun sürüşkən olması nəticəsində idarəetməni itirən “VAZ 2106” markalı avtomobilin sürücüsü maşını ağaca çırpıb. Nəticədə avtomobil deformasiyaya uğrayıb. Ağır qəzadan möcüzə nəticəsində ölən olmasa da, sürücü və bir qadın sərnişin sağ çıxıb. Qadın Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, qəzaya uğrayan avtomobil Ucar rayon polis serjantına məxsus olub.
Mənbə:> Oxu.Az