Almaniyanın qlobal kibermafiyaya qarşı əməliyyatı: Azərbaycanda da həbs olunan var » AzNews.info -Xəbər portalı

Almaniyanın qlobal kibermafiyaya qarşı əməliyyatı: Azərbaycanda da həbs olunan var

Almaniyanın qlobal kibermafiyaya qarşı əməliyyatı: Azərbaycanda da həbs olunan var

Almaniyanın hüquq mühafizə orqanları qlobal kibercinayətkarlar şəbəkəsinə qarşı Azərbaycan da daxil olmaqla bir neçə ölkəni əhatə edən əməliyyat keçirib.

Virtualaz.org xəbər verir ki, bu barədə “Deutsche Welle” radiostansiyası hüquq-mühafizə orqanlarının nümayəndələrinə istinadən bildirir.

Məlumata görə qlobal “Avalanche” botnetini idarə edən kibermafiya uzun illər ərzində bütün dünya üzrə məxfi informasiyaların ələ keçirilməsi və spam-hücumlarla məşğul olub.

“Dekabrın 1-i saat 20-dən etibarən “Avlanche” şəbəkəsi artıq mövcud deyil”-Lyuneburq şəhərinin polis rəsmisi Ştefan Mayer bildirib. Almaniyanın daxili işlər naziri Tomas de Mezyer isə əməliyyatı “unikal” və kiberməkanda beynəlxalq cinayətkar şəbəkəyə qarşı çağırış adlandırıb.

Bildirilir ki, əməliyyata Almaniya ilə yanaşı ABŞ və daha 39 ölkənin hüquq-mühafizə orqanı cəlb edilib. Nəticədə 16 şühəlinin kimliyini müəyyənləşdirmək mümkün olub. 4 il davam edən əməliyyat zamanı ölkələr təhqiqatı əlaqələndiriblər və nəticədə noyabrın 30-da kibermafiyanın liderlərini həbs etmək, 39 serveri söndürmək mümkün olub. Bu serverlər hakerlərin yüz minlərlə saytlarının işini dəstəkləyirdi. Məlumata görə təkcə Almaniyada botnetin nəzarətində olan kompüterlərin sayı 50 mini keçib.

Almaniyanın qlobal kibermafiyaya qarşı əməliyyatı: Azərbaycanda da həbs olunan var


Almaniyanın Ferden şəhərinin məhkəməsi 16 şübhəlinin 7-nin barəsində həbs orderi çıxarıb. Şübhəlilər 10 ölkənin vətəndaşlarıdır. Habelə Ukrayna hüquq-mühafizə orqanları əməliyyat çərçivəsində 3 nəfəri həbs edib. Baş prokuror Yuri Lutsenko dekabrın 1-də bildirib ki, əməliyyat Poltavada keçirilib, bu zaman şübhəlilər polisə “Kalaşnikov” avtomatı və döyüş tapançası ilə müqavimət göstəriblər.

Daha bir şübhəlinin Azərbaycanda həbs edildiyi bildirilir. Kibermafiyanın Almaniyada vurduğu zərərin ilkin məbləği 6 milyon avrodur, lakin real rəqəm qat-qat çox ola bilər. Mafiya dünya boyu bir neçə yüz milyon avro ələ keçirib, dünyanın 180-ə yaxın ölkəsində bu mafiyanın əməllərindən zərər çəkənlər var. “Avalanche” botnetinin 2009-cu ildən fəaliyyət göstərdiyi bildirilir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *