Gəncədə 46 yaşlı qadın özünü yandırdı
Hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.
AzNews.info APA-ya istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1970-ci il təvəllüdlü Mehriban Alıyevanın üstünə yandırıcı maddə tökərək özünü yandırdığı bildirilir.
Yuxarı ətrafların termiki yanığı xəsarətləri alan qadın Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Ona orada ilkin yardım göstərilib.
M.Alıyevanın vəziyyəti ağır olduğundan Bakıdakı Respublika Yanıq Mərkəzinə göndərilib.
Hadisənin səbəbi hələlik məlum deyil.
Mənbə:> APA