Bakıda ana və övladlarını maşınla vurub öldürdülər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Bakıda ana və övladlarını maşınla vurub öldürdülər

Bakıda ana və övladlarını maşınla vurub öldürdülər

Bu gün saat 17:00 radələrində Xətai rayonu ərazisində 3 şəxsin - 35-40 yaşlarında şəxsiyyəti hələlik istintaqa məlum olmayan qadın və onun 3 və 5 yaşlarında olan övladlarının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumata istinadən verdiyi məlumata görə, ilkin araşdırmalar zamanı müəyyən edilib ki, həmin hadisəni törədən 1989-cu il təvəllüdlü Orxan Heydərovdur. O hadisəni idarə etdiyi “Chevrolet” markalı, 10 PV 731 dövlət nömrə nişanlı avtomaşınla törədib.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb. O. Heydərov həmin cinayəti törətməkdə şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *