Avstriyada atışma: İki ölü, 11 yaralı
Avstriyanın qərbində baş verən atışma zamanı iki nəfər ölüb, 11 nəfər yaralanıb.
Oxu.Az Associated Press-ə istinadən xəbər verir ki, hadisə mayın 22-nə keçən gecə Nençinq kommunasında təxminən 150 nəfərin iştirak etdiyi bayram şənliyi zamanı baş verib.
Polisdən bildiriblər ki, saat 03:00 radələrində 27 yaşlı gənc mübahisə zəmnində avtomobilindən odlu silah götürərək şənlikdə iştirak edənlərə atəş açmağa başlayıb. Daha sonra gənc özünü güllələyib.
Mənbə:> Oxu.Az