Qəzaya uğrayan Azərbaycan təyyarəsi ilə bağlı son məlumat
Təyyarə əsaslı təmirdən sonuncu dəfə 1991-ci ildə keçib.
Əfqanıstanın Gilmənd əyalətində Dvayer hava limanında qəzaya uğrayan Azərbaycanın”Silk Way” aviaşirkətinə məxsus An-12 yük təyyarəsinin istismar müddəti 2016-cı ilin oktyabrın ayına qədər imiş.
Oxu.Az xəbər verir ki, bu barədə “İnterfax-Ukrayna”ya “Antonov” dövlət müəssəsindən məlumat verilib.
““Antonov” şirkətində olan son məlumata əsasən, göyərtə nömrəsi 4К-AZ25, zavod №3341209 olan An-12B təyyarəsi V.Çkalov adına Daşkənd Aviasiya İstehsalat Birliyində 19 iyul 1963-cü ildə inşa edilib. Təyyarənin istismar müddəti bu ilin oktyabrın ayına qədər idi”, - şirkətin mətbuat xidmətindən nəşrin sorğusuna cavab olaraq bildirilib.
Təyyarə əsaslı təmirdən sonuncu dəfə 1991-ci ildə keçib.
Mənbə:> Oxu.Az