Bakıda oğru evin sahibəsi ilə qarşılaşdı
Bakıda oğurluq etmək istəyən şəxs ev sahibi ilə qarşılaşıb.
AzNews.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.
A.İsmayılova küçəsində yaşayan Sevinc İsmayılova evə girərkən naməlum şəxslə qarşılaşıb. Həmin adam qadının başından küt alətlə vurub, S.İsmayılova huşunu itirib.
Ayıldığında isə oğrunun evdən qızıl-zinət əşyalarını oğurladığını görüb. Aparılan araşdırmalarla naməlum şəxsin evə hamamın nəfəsliyindən daxil olduğu müəyyən olunub.
S.İmayılova xəstəxanada yardım aldıqdan sonra evə buraxılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi açılıb.
Araşdırma aparılır.
Mənbə:> Qafqazinfo.az