Bakı Olimpiya stadionu mükafatsız qaldı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Maraqlı

Bakı Olimpiya stadionu mükafatsız qaldı

Bakı Olimpiya stadionu mükafatsız qaldı

Ən yaxşı Fransa və Meksika stadionları seçildi.

Stadiumdb.com saytında 2015-c ildə inşa edilmiş “ən yaxşı stadion” titulu uğruda mübarizə yekunlaşıb.

Oxu.Az xəbər verir ki, titul uğrunda Bakı Olimpiya stadionu da daxil olmaqla, 22 arena mübarizə aparıb.

“Ən yaxşı stadion” iki yolla: münsiflərin rəyi və internetdə səsvermə yolu ilə müəyyənləşib.

Təəssüflər olsun ki, nə birinci, nə də ki ikinci halda bizim 68 minlik arenamız ən yaxşı üçlüyə düşə bilməyib.

Münsiflərin seçimində Fransanın Bordo şəhərindəki “Matmut Atlantik” birinci, Meksikanın Qvadelupa şəhərindəki “Estadio Bankomer” ikinci, Çinin Olimpiya stadionu isə yerə layiq görülüb.

İnternet səsverməsində “Estadio Bankomer” qalib gəlib. “Matmut Atlantik” ikinci, Meksikanın Puebla şəhərindəki “Estadio Kuatemok” stadionu isə üçüncü olub.

Qeyd edək ki, Bakı Olimpiya stadionu münsiflərin rəyinə görə ilk onluğa daxil edilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *