Azərbaycana ova gələn ərəblər qəzaya düşdülər » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Avto

Azərbaycana ova gələn ərəblər qəzaya düşdülər

Azərbaycana ova gələn ərəblər qəzaya düşdülər


İmişlidə Qətər və Səudiyyə Ərəbistanı vətəndaşları yol qəzasında ölüb.

AzNews.info APA-ya istinadən xəbər verir ki, gecə saatlarında bir qrup ərəb mənşəli vətəndaşın İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində ov edərkən idarə etdikləri “Toyota Prado” markalı avtomobil su kanalına düşüb.

Nəticədə avtomobilin sürücüsü, 45 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı Salam Əli Əlmari və sərnişin, Qətər vətəndaşı,37 yaşlı Misali Zeyd Əl Subuhi suda boğularaq ölüblər. Daha bir nəfər, 26 yaşlı Qətər vətəndaşı Əbail Əziz Sədəl Kabi İmişli rayon xəstəxanasına yerləşdirilib.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Ölən şəxslər sudan çıxarılaraq İmişli rayon patoloji anatomiya və tibbi ekspertiza mərkəzinə təhvil verilib.

Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *