DİN Bakıda namus üstündə qətllə bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi Xəzər rayonunun Şüvəlan qəsəbəsində baş vermiş qanlı hadisə ilə bağlı məlumat yayıb.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, noyabrın 21-də Xəzər rayonunun Şüvəlan qəsəbəsində Lerik rayon sakini İsgəndər Bəbirov qısqanclıq zəminində ov tüfəngindən atəş açaraq Bakı şəhər sakini Malik Muradovu qətlə yetirib.
Hadisə yerində olan Nicat Şəmiyev isə bıçaqla ayaq nahiyəsindən xəsarət alıb.
Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Bəbirov tutulub.
Hadisə yerindən ov tüfəngi götürülüb.
Araşdırmalar aparılır.
Qeyd edək ki, öldürülən şəxsin polis işçisi olduğu bildirilir.
Mənbə:> Oxu.Az