Məmurlar Qaxda İlham Əliyevə belə yalan danışdı
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev bu gün ölkənin şimal-qərb bölgəsinə səfərə gedib.
Dövlət başçısı hazırda Zaqatala rayonundadır. Oradan isə Şəki və Qaxa gedəcək.
Qax rayonundan olan oxucularımızın virtualaz.org saytına verdiyi məlumata görə, yerli məmurlar hər yerdə prezidentin gəlişinə hazırlaşır.
Prezident İlham Əliyevin Qax rayonunda digər tədbirlərlə yanaşı uşaq bağçasının da açılışında iştirakı nəzərdə tutulur.
Yerli məmurlar isə bu mərasimə “özünəməxsus” şəkildə hazırlaşıblar. Belə ki, onlar yeni tikilmiş uşaq bağçasının qonşuluğundakı köhnə və uçuq-sökük tikililəri tələm-tələsik şəkildə gizlətməyə qərar veriblər. Həmin tikililərin qabağına reklam lövhələrindən “Potyomkin hasarları” çəkilib. Bununla da yerli məmurların səyi ilə Qaxda hər yerin abad və səliqəli olması görüntüsü yaradılmasına cəhd olunub.
Mənbə:> Virtualaz.org