ABŞ-da kütləvi qətl » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal

ABŞ-da kütləvi qətl

ABŞ-da kütləvi qətl


Amerikannı Luiziana ştatında kişi üç qardaşı güllələyərək, sonradan intihar edib.

“Sun Herald” bildirir ki, hadisə Baton-Ruja şəhər ətrafında bazar gününə keçən gecə baş verib.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, Polis idarəsində cəsədlərin yerli vaxt ilə 00:30-da yaşayış evlərinin birində tapıldığını bildriblər.
Müəyyən edilib ki, üç qardaş qonşuya musiqiyə qulaq asmağa və futbola baxmağa gəliblər. Onlar arasında musiqi zövqünə dair mübahisə düşüb, mübahisə sonradan davaya çevrilib.

Şahidlərin sözlərinə görə, evlərin birində qışqırıq səsləri eşidilib, təxminən 10 dəqiqə sonra bir neçə güllə səsi eşidilib. Qardaşların qohumu qonşuları ilə mehriban münasibətdə olduqlarını və demək olar ki, hər gün həftə sonu onun evinə qonaq gəldiklərini deyib.

Polis həlak olanların kimliyini müəyyən edib. Atəşi 60 yaşlı Rodni Çemin açıb. Onun qurbanları 57 yaşlı Cozef Allen, 55 yaşlı Perri Allen və 51 yaşlı mark Allen olub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *