Moskvada erməni aktyoru döydülər
Tanınmış erməni əsilli aktyor Alber Məlik-Paşayev çərşənbə günü Moskvada döyülüb.
Oxu.Az news.am saytına istinadla xəbər verir ki, bu barədə aktyorun PR xidməti məlumat yayıb.
Məlumata əsasən, Alber Məlik-Paşayevin psixi xəstə olan pərəstişkarı uzun müddət onu izləyəndən sonra aktyotun Moskvadakı evinə daxil olub. Aktoyorun onunla şəkil çəkdirməkdən imtina etməsinə görə pərəstişkar onu döyüb.
Hazırda həmin şəxs saxlanılıb.
Alber Məlik-Paşayev beyin silkələnməsi diaqnozu ilə xəstəxanadadır. İstintaq aparılır.
Mənbə:> Oxu.Az