Erməni separatçılarının hərbi akademiyası olmayacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

Erməni separatçılarının hərbi akademiyası olmayacaq

Erməni separatçılarının hərbi akademiyası olmayacaq


Qondarma “Dağlıq Qarabağ” respublikasının Vank kəndində artıq üç aydır ki, Suvorov və Mədətov adına hərbi akademiyanın tikintisi dayandırılıb.

Oxu.Az news.am saytına istinadla xəbər verir ki, bu barədə kəndin administrasiyasından məlumat verilib.

Tikintini erməni əsilli rusiyalı biznesmen Levon Ayrapetyan maliyyələşdirir. Hazırda o, Moskvada ev dustaqlığındadır.

Kənd administrasiyasının nümayəndəsinin sözlərinə görə, tikintinin dayandırılması səbəbləri və tikintinin bərpa olunması tarixi onlara məlum deyil.

Qeyd edək ki, iyulun 24-də Rusiyanın İstintaq Komitəsi Ayrapetyana vəsaitlərin qanunsuz əldə olunması və pulların yuyulması, daha sonra fırıldaqçılıqda ittiham edib. Daha sonra Ayrapetyanın həbsi ev dustaqlığı ilə əvəz edilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *