“İki süpürgəçini öldürən Araz Abdullayev haqqında niyə bu qədər ajiotaj yaranmamışdı?”
Cavid Hüseynovla bağlı son yazımı yazıb bir müddətlik bu məsələ ilə bağlı yazılarıma ara verəcəm. Qəribə durum yaranıb. Məsələ ətrafında süni ajiotaj, sensasiya yaradılıb. Az qala bütün ölkədəki jurnalistlərin problemini Cavid Hüseynova yükləmək istəyirlər. Çox dedik, çox yazırıq, amma möhürlənmiş beyinlərə, poladlaşmış qəlblərə xeyri yoxdur ki, yoxdur. Neçə gündür bütün jurnalist ordusu Cavidə qarşı birləşib böhtan yazmağa, insanlarda yalnış fikir oyatmaqda davam edirlər. Əsl həqiqəti isə araşdırıb cəmiyyətə təqdim edən çox çox azdır, demək olar ki, yoxdur.
Buyursun həmin jurnalist ordusu mənim də yazımı olduğu kimi öz mətbuatında dərc etsin.
Bir neçə gündür Cavidi soldan - sağdan vuranlar, bildi bilmədi danışanlar, işin əslini bilmədən şər - böhtan atanlar, ağzına gələni və ya ağlına gəlməyəni danışanlar, "Azərbaycanda jurnalist öldürüldü" deyib xarici ölkələrin mətbuatında ölkəmizin imicinə zərbə vurmaq üçün əldən - ayaqdan gedənlər, adını jurnalist, siyasətçi qoyub kin - nifrət qusanlar, mərhum jurnalistin qanı üzərindən siyasi divident qazananlar, budur diqqətlə oxuyun:
1. Bu hadisə bir daha jurnalistikamızın, mətbuatımızın hansı durumda olduğunu bir daha bizə aydın göstərdi. Bütün dünyada belə hadisələr baş verir, baş verdikdə jurnalistlər (?) hadisəni obyektiv araşdırırlar. Yəni hər tərəfi danışdırdıqdan sonra cəmiyyətə təqdim edirlər. Yəni cəmiyyəti öz fikirləri ilə istiqamtləndirmirlər. Araşdırma aparırlar, öz mülahizələrini öz fikirlərini yazmırlar. Bu olaydan yazan jurnalistlərin facebook səhfələrini izləyirəm, ancaq və ancaq Cavidə qarşı böhtan və təhqirləri görürəm. Bununla tam aydın olur ki, burda obyektiv araşdırmadan söhbət belə gedə bilməz.
2. Hadisəni bilməyənlərə qısaca hadisəni anladım: Cavidin bibisi oğlu jurnalistin bu statusu haqqında Cavidi məlumatlandırıb və bu adamla "razborka" edəcəyini bildirib. Cavid isə bunun qarşılığında "nömrəsini ver mən özüm danışıb məsələni qaydasına qoyaram" deyib. Çünki Cavid professional futbolçu idi və o başa düşürdü ki, jurnalistə qarşı hansısa artıq hərəkər ictimayiləşə bilərdi. Cavid mərhum jurnalistdən niyə belə bir status yazmasını səbəbini soruşduqda jurnalist fikirlərini bildirib və bunun əvəzində Cavid ona yalnış anladığını, əslində onun yunan jurnalistə əl hərəkətinin Türkiyə ilə Azərbaycanın qardaş olduğunu bildirib və bundan sonra mərhum jurnalist üzr istəyib və məsələ mehribançılıqla həll edilib. Daha sonra Cavid Hüseynov bibisi oğluna zəng edib deyib ki, biz danışdıq, məsələni qaydasına qoymuşuq, heç bir artıq hərəkətə ehtiyac yoxdur. Bundan sonra Elşənin etdiyi hərəkətlərdən Cavidin xəbəri olmayıb. Soruşurlar ki, bəs necə oldu mərhum jurnalistin cib cüzdanının (kaşlyok) onlarda olmasından Cavidin menecerinin xəbəri olub. Bu məsələ ilə bağlı danışılan zaman artıq baş vermiş hadisədən həm Cavidin, həm də futbolçunun menecerinin xəbəri var idi və artıq hər şey gec idi. Çünki hadisədən təxminən 6 - 7 saat keçmişdi. Bu hadisəni bu cür izah etməyimdə, xırda detallara enməyimdə səbəb odur ki, məlumunuz olsun ki, bu "razborka"nın olacağından Cavidin xəbəri olmayıb. Baş verən hadisə Elşənin özünün verdiyi qərarla həyata keçirilib.
3. Mənə maraqlıdır bir müddət öncə iki süpürgəçi qadını maşınıyla vurub öldürən Araz Abdullayev haqqında bu qədər ajiotaj niyə yaranmamışdı? Yoxsa bizim "jurnalistlərimiz"ə görə onlar insan deyildi ? Yoxsa iki yaşlı qadının həyatı onları maraqlandırmadı?
4. Bu hadisədən bu qənaətə gəldim ki, bizim toplumda istənilən insanı qəhrəman, bir neçə dəqiqə ərzində böhtanla "xalq düşməni " etmək tamamilə mümkündür.
5. Digər maraqlı tərəfi nədir, bilirsinizmi? Bu olaydan hay - küy yaradan jurnalistlər, media nümayəndələri "Monitor" jurnalının rəhbəri Elmar Hüseynovun, yazar Rafiq Tağının öldürülməsi zamanı, "Bizim Yol" qəzetinin rəhbəri Bahəddin Həziyevin, jurnalist Pərviz Həşimlinin həbs edilməsinə və digər jurnalistlərin həbsinə, döyülməsinə niyə etiraz etmədilər? Niyə bu hadisədən yalnız bəlli jurnalist kəsimi yazdı və danışdı? O zaman hardaydınız siz? Dünən bu sualı Cavidin hadisəsindən yazan jurnalistə verdim və cavabı çox maraqlıdır. Elmar Hüseynovun, Rafiq Tağının öldürülməsi olayından xəbərsizəm, geniş məlumatlı deyiləm və sair. Bax burda deyərlər :bişmiş toyuğun gülməyi gəlir. Haqqı ədaləti yazacaqsan sona qədər yaz, birinə gələndə ədalətli, digərinə gələndə məlumatsız olursunuz.
Əslində bu hadisədən "hay - həşir" qoparanların əksəriyyətinin səmimi olduğuna ciddi şübhəm var. Çünki Cavid yunanlara qarşı əxlaqlı davranmadı deyib "üz-baş" cıranlar dünən Tbilisi stadionundakı Barselona - Sevilya qarşılaşmasında Azərbaycan - Ermənistan bayraqlarını yan - yana qoyub şəkillər şəkib paylaşırdılar. Bir şeyi də bilməniz lazımdır. Cavid 19 yaşlılar arasında Ermənistan - Azərbaycan oynunda Ermənistana vurulmuş iki qolun müəllifiydi. Yəni qolun birinin ötürməsini, ikinci qolu isə özü vurmuşdu. Bu zaman yunan tərəfdarlardan biri stadiona girərək Cavidə arxadan zərbə vurmuşdu. O tərəfdar həbs edilmiş, 3 il həbsə məhkum edilmişdi. Bunu deməyimə səbəb var. Cavidin əl işarəsini göstərməsində heç bir şişirdiləcək hadisə yoxdu, çünki eyni stadionda ikinci dəfə ölkəmizə qarşı hörmətsizlik edilirdi, Cavid də onlara layiq olan cavabı verdi. Sadəcə bilin ki, bizim mətbuatımızda bugün təsadüf adamlar hədsiz çoxdu. Adamlar jurnalistikaya başqa iş tapmadıqlarından yiyələniblər yəni mal həkimi, hər hansı bir tibb texnikumunu bitirən, yəni ixtisasının jurnalistikayla heç bir əlaqəsi olmayan təsadüfi adamlar çoxdu. Bunlardan savadlı təhlil, ciddi araşdırma gözləməyə ehtiyac yoxdur. Digər tərəfdən mərhum jurnalist Rasim Əliyevin şəklini facebook profilinə qoyub Tbilisidə Erməni - Azərbaycan qardaşlığını alqışlayanlar kimliklərini ortaya qoyublar onsuz da. Bunu da heç zaman unutmayın ki, bugün ölkəmizdə 30 min erməni qadını yaşayır. Bu isə az rəqəm deyil. Bu hadisənin şişməsində, Cavidin cəmiyyətdə "cinayətkar" kimi təqdim olunmasında onaların da rolu, "xidməti" az deyil. Bugün ölkəmizdə yaşayan bizim millətə düşmən gözü ilə baxan, lakin bu hissi açıq demədən içlərində yaşadan, zamanı gəldiyində isə istifadə edən mənfur bir toplum da var. Bu adamlar bugün bizim bugünkü cəmiyyəti yönəldənlər arasındadır və indi cəmiyyətimizin düşdüyü durumu bir anlıq gözünüzün önünə gətirin. Məncə biz kifayət qədər açıq dedik. Başa düşmək istəyən, anlamaq qabiliyyəti olan adam onsuz da doğru təhlil edib özü üçün nəticə çıxaracaq.
Cavid Hüseynovun çətin günündə onun yanında olan dostlara, insanlara, həqiqəti deməyi bacaran az saylı jurnalistlərə, futbol həvəskarlarına, ədalətin yanında olub Cavidi dəstəkləyənlərə və xüsusən vəkili Adəm Məmmədova dərin təşəkkürümü bildirmək istəyirəm. Sonda Cavidi müdafiə edənlərə sözüm budur ki, məhkəmənin ədalətli qərar çıxaracağına ümidimizi saxlayaraq yazanlara cavab verməyək. Onsuz da tezliklə hər şey aydınlığa çıxacaq və ədalət öz yerini tutacaq.
Rəşad Quliyev, Köln, Almaniya
Mənbə:> Moderator.az