Ərinin yenidən evlənməsinə dözməyən gəlin özünü öldürdü
Kürdəmir rayonunda intihar hadisəsi baş verib. Rayonun Xırdapay kənd sakini sirkə turşusu içərək özünü öldürüb.
Kənd sakini Arif Şirinovun ANS PRESS-ə verdiyi məlumata görə, 1993-cü il təvəllüdlü İlgül Elçin qızı Hacıyeva dünən axşam saat 20 radələrində saatlarında canına qəsd etmək məqsədilə sirkə turşusu içib.
Zəhərlənən şəxsi ailə üzvləri dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Lakin xəstəxanada İlgül Hacıyevanın vəziyyətinin ağırlaşdığını görərək, onu dərhal Bakıya göndəriblər.
Xəstə bu gün səhər Bakıdakı xəstəxanada dünyasını dəyişib.
İlkin ehtimal xanımın bir müddət əvvəl övladı olmadığı üçün boşanması, ərinin isə ikinci dəfə evlənməsi göstərilir.
Faktla bağlı Kürdəmir rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Mənbə:> ANSPRESS