Xəzərdə 4 balıqçı 5 gündür itkin düşüb » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal

Xəzərdə 4 balıqçı 5 gündür itkin düşüb

Xəzərdə 4 balıqçı 5 gündür itkin düşüb


Azərbaycanda 4 balıqçı Xəzərdə itkin düşüb.

AzNews.info xəbər verir ki, bu barədə virtualaz.org-a Neftçala rayon sakini Tanrıverdi Əliyev məlumat verib.

T.Əliyevin sözlərinə görə, Neftçala rayonu, Qoltuq kəndinin 4 sakini avqust ayının 10-dan itkin düşüblər: “Onlardan biri də xalam oğludur. Həmin şəxslər bunlardır:

Ağalarzadə Şahin Mazan oğlu, 1970-ci il təvəllüdlü

Abbasov Sahib Qarakişi oğlu, 1986-cı il təvəllüdlü

Eynullayev Əliş Ulduz oğlu, 1985-ci il təvəllüdlü

Xəlilov Nəcəf Rafil oğlu, 1966-cı il təvəllüdlü”.

T.Əliyevin sözlərinə görə, adıçəkilən şəxslər 5 gün əvvəl qanuni sənədləri olan balıqçı qayığında Bakı şəhəri Pirallahı adasından balıq ovlamaq üçün Xəzərə çıxıblar. Elə o vaxtdan da onlardan bir xəbər yoxdur:

“Avqustun 13-də Şahinin, avqustun 14-də isə Nəcəfin həyat yoldaşlarının mobil telefonlarına gizli nömrələrdən zənglər gəlsə də xətdəki xışıltıdan danışmaq mümkün olmayıb, əlaqə kəsilib. İtkin düşmüş balıqçıların yaxınları iki gün sonra - avqustun 12-də FHN-ə müraciət ediblər. Nazirlikdən onlara bildirilib ki, Xəzərdə itkin düşmüş balıqçıların tapılması üçün havadan və dənizdən axtarışlar başlanılıb”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *