Bakıda maşın dayanacağa çırpılıb kül oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Avto, Foto

Bakıda maşın dayanacağa çırpılıb kül oldu – FOTO

Bakıda maşın dayanacağa çırpılıb kül oldu


Bakıda dəhşətli yanğın hadisəsi baş verib.

AzNews.info musavat.com-a istinadən xəbər verir ki, Nərimanov rayonu, Ayna Sultanova heykəli ilə Azadlıq prospektinin (keçmiş Karl Marks dairəsi) arasındakı ərazidə avtoqəza baş verib.

"Subaru" markalı minik avtomobili, yüksək sürət nəticəsində yolun kənarındakı marşrut dayanacağına çırpılıb. Nəticədə dayanacaq yararsız hala düşüb.

Qəzadan bir neçə dəqiqə sonra isə, avtomobil alovlanmağa başlayıb. Xoşbəxtlikdən ətrafda olan taksi sürücüləri maşında olan sərnişinləri yanğın böyümədən ərazidən uzaqlaşdıra biliblər.

Hadisə şahidlərinin verdikləri məlumata görə, yanğın o qədər şiddətli olub ki, avtomobildən əsər-əlamət qalmayıb. Hətta yaxınlıqdakı körpüyə də ziyan dəyib.

Əraziyə çağırılan FHN-nin yanğınsöndürmə idarəsinin əməkdaşları hadisəyə tez bir zamanda müdaxilə edərək, alovun qarşısını alıblar. İlkin məlumatlara görə, qəza nəticəsində güclü xəsarət alan olmayıb.

Sakinlərin sözlərinə görə, onlar 5 dəfə partlayış səsi eşidiblər:

"Qəzadan xəbərimiz yox idi. Qəfil partlayış səsi eşitdik. Ardından 4 dəfə də güclü partlayış oldu. Bayıra çıxdıq. Gördük ki, körpü tərəfdə yanğın var. Gəlib, baxdıq. Maşın dayanacağa çırpılmışdı. Və dəhşətli yanırdı. Amma sahibini görmədik. Deyəsən getmişdi. Gördük ki, alov getdikcə böyuyür, səs-küy saldıq. Sürücülərə dedik ki, maşınları kənara çəksinlər. Hər şey ola bilərdi".

Hadisə yerindən çəkilmiş fotoları sizlərə təqdim edirik:

Bakıda maşın dayanacağa çırpılıb kül oldu
Bakıda maşın dayanacağa çırpılıb kül oldu
Bakıda maşın dayanacağa çırpılıb kül oldu
Bakıda maşın dayanacağa çırpılıb kül oldu

Mənbə: Musavat.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *