11-ci sinfi bitirənlərin yalnız 20 faizi ana dilini “əla” bilir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2, 6, 11, 16 iyun tarixlərində orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarında şagirdlərin aldığı qiymətlərin statistikası açıqlanıb.
TQDK-nın mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, imtahanlarda 105 346 nəfər IX sinif şagirdi, 86 156 nəfər XI sinif şagirdi iştirak edib.
Məlumata əsasən, 9-cu sinif şagirdlərinin 24,09%-i “Ana dili”ndən “2”, 26,85%-i “Riyaziyyat”dan “2”, 44,25 %-i “Ana dili”ndən “3”, 39,72 %-i “Riyaziyyat”dan “3”, 19,67 %-i “Ana dili”ndən “4”, 20,30 %-i “Riyaziyyat”dan “4”, 11,9 %-i “Ana dili”ndən “5”, 13,14 %-i isə Riyaziyyatdan “5” alıb.
11-ci sinif şagirdlərinin 19,87%-i “Ana dili”ndən “2”, 21,53 %-i “Riyaziyyat”dan “2”, 18, 71 %-i “Xarici dil”dən “2”, 19, 57 %-i “Kimya”dan 2 alıb. Şagirdlərin 37,35 %-i “Ana dili”ndən “3”, 32,61% - “Riyaziyyat”dan “3”, 43,12 %- “Xarici dil”dən “3”, 58,71 %-i “Kimya”dan “3”lə qiymətləndirilib.
25,85 %-i “Ana dili”ndən “4”, 28,68 %-i “Riyaziyyat”dan “4”, 21,37 %-i “Xarici dil”dən “4”, 15, 59 %-i “Kimya”dan “4” alıb. Şagirdlərin 16,93 %-i “Ana dili”ndən “5”, 17, 18 %-i “Riyaziyyat”dan “5”, 16,80 %-i “Xarici dil”dən “5”, 6,13 %-i isə “Kimya”dan “5” alıb.
Mənbə:> Oxu.Az