Mikayıl Cabbarov federasiyaya prezident seçildi
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Badminton Federasiyasına prezident seçilib.
“Azərbaycanda idmana xüsusi diqqət yetirilir, bizim idmançılarımız isə bir çox idman növlərində öz məharətlərini nümayiş etdirirlər. Bu idman növü üzrə yüksək nailiyyətlərin əldə edilməsi üçün badmintonun ölkəmizdə populyarlaşdırılması üzrə iş aparılacaq.
Məktəblilərin badmintona cəlb edilməsinə gəldikdə isə, heç kəs heç kəsi məcbur etməyəcək. Sadəcə bütün məktəblərdə digər idman növləri ilə yanaşı badminton üçün də texniki baza yaradılacaq”- yeni vəzifəyə seçilməsini şərh edən M.Cabbarov bildirib.
Mənbə:> Oxu.Az