Təhsil Nazirliyinin şagirdlərlə daha bir eskperimenti » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Təhsil

Təhsil Nazirliyinin şagirdlərlə daha bir eskperimenti

Təhsil Nazirliyinin şagirdlərlə daha bir eskperimenti


Azərbaycanda gələn tədris ilindən orta məktəblərdə azyaşlı şagirdlər üçün kiçik və böyük summativlərdə dəyişiklik nəzərdə tutulur.

Bu barədə təhsil naziri Ceyhun Bayramov bildirib. O qeyd edib ki, bu istiqamətdə işlər gedir, tədqiqatlar aparılır və xüsusi olaraq aşağı yaşlı şagirdlər üçün kiçik və böyük summativlərdə növbəti tədris ilində bir sıra dəyişikliklər olacaq.

Ekspertlərin fikrincə, əsasən ibtidai sinif şagirdləri üçün məktəbdaxili summativlərin təşkil olunmasına ehtiyac yoxdur. Dünyanın çox ölkələrində azyaşlı şagirdlər üçün summativlər keçirilimir. Bununla yanaşı keçirilən summativ qiymətləndirmələrdə ciddi nöqsanlar baş verir. Bu baxımdan qeyd olunan məsələdə dəyişikliklərin nəzərdə tutulması dedikdə çox ehtimal ki, ibtidai siniflər üçün summativlər ləğv ediləcək.

Sözügedən dəyişikliklər nədən ibarətdir? Summativlərin ləğv olunması gözlənilirmi?

Məsələ ilə bağlı Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru Elşən Qafarov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli 9 № -li Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ümumtəhsil sistemində qiymətləndirmə konsepsiyası”nın müasir tələblərə cavab verməməsi hər bir təhsil işçisinə aydındır: “Artıq Təhsil Nazirliyinin yüksək vəzifəli şəxsləri də bunu etiraf edirlər. Məktəbdaxili qiymətləndirmə şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün meyardırsa, bu qiymətləndirmə elə təyin edilməlidir ki, şagirdin həm biliyinin, həm də bacarıqlarının üzə çıxarılmasına, eləcə də sistemli inkişafına gətirib çıxara bilsin.

Bilik - insanın özü və onu əhatə edən aləm və bu aləmin amilləri haqqında məlumat toplusudursa, bacarıq bilik, təcrübə, vərdiş nəticəsində əldə edilmiş işgörmə qabiliyyəti, bir sözlə, təcrübədir. Təhsili inkişaf etmiş (Məsələn, Finlandiya) bir çox ölkələrdə ümumi təhsilin ibtidai təhsil səviyyəsində qiymətləndirilmə aparılmır və ya formal olaraq aparılır.

Təhsil Nazirliyinin növbəti ildə ibtidai təhsil səviyyəsində qiymətləndirmədə hansı dəyişillikləri aparacağı tam bəlli deyil. Bildiyim qədər belə bir məqsədin olduğu elan edilib, amma mexanizmləri izah edilməyib. Düşünürəm ki, ibtida təhsil səviyyəsində, ən azı 1-ci siniflərdə summativlər ləğv olunmalıdır. Təlim-tərbiyə prosesinin səmərəli təşkili üçün məktəbdaxili qiymətləndirmənin müstəsna əhəmiyyəti var. Ümumi təhsil pilləsində olan hər üç səviyyə (ibtidai, ümumi orta və tam orta) üzrə məktəbdaxili qiymətləndirmədə ciddi problemlər var. Keçən 10 il ərzində praktika göstərdi ki, hal-hazırda tətbiq olunan məktəbdaxili qiymətləndirmə, xüsusilə də summativ qiymətləndirmədə (formativ qiymətləndirmənin tətbiqində də) ciddi problemlər var.

Əvvəla şagirdlərin bilik və bacarıqlarını düzgün qiymətləndirmək mümkün olmur. Digər tərəfdən də məktəblərin tam əksəriyyətində summativləri keçirərkən neqativ hallar baş alıb gedir. (Hal-hazırda summativ pulu ilə məktəblərdə toplanan vəsaitlər və s) Nəticə etibarı ilə həm şagirdlərimizin bilik və bacarıqları doğru qiymətləndirilmir , həm də məktəbin və müəllimin nüfüzüna ciddi xələl gəlir”.

Mənbə: Cebhe.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *