Qəbul imtahanlarının ikinci mərhələsinə qeydiyyat başlanır
“May ayının 17-dən qəbul imtahanlarının ikinci mərhələsinə qeydiyyat başlayacaq”. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O xatırladıb ki, birinci imtahanda iştirak edən şəxslərdən kim istəyirsə, ikinci mərhələdə iştirak edə bilər: “Birinci mərhələdə iştirak etməyən, ümumiyyətlə, sənəd verməyən şəxslər də yay imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər”.
Sədr qeyd edib ki, bu proses bir ay davam edəcək: “İyunun 14-də qəbul imtahanlarının ikinci mərhələsinə sənəd qəbulu başa çatacaq".
Mənbə:> APA