Magistraturaya qəbul imtahanlarının vaxtı açıqlandı
2016-cı ildə ali təhsil müəssisələrinin magistratura və tibb ixtisaslarının rezidentura səviyyəsinə keçiriləcək imtahanların və tədbirlərin plan-qrafiki təsdiqlənib.
AzNews.info APA-ya istinadən xəbər verir ki, bu barədə TQDK sədrin Məleykə Abbaszadə məlumat verib.
O bildirib ki, ali məktəblərin magistratura səviyyəsinə ərizə qəbulu 10-19 fevral tarixlərində aparılacaq:
“İmtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək".
M. Abbaszadə qeyd edib ki, ali məktəblərin tibb ixtisaslarının rezidentura səviyyəsinə ərizə qəbulu 1-10 mart tarixlərində, imtahanın 1-ci mərhələsi 3 aprel, 2-ci mərhələsi isə 29 iyulda keçiriləcək.
TQDK sədri onu da qeyd edib ki, bu il dizayn ixtisası V qrupa keçirilib
Mənbə:> APA