Təhsil Nazirliyində – YENİ TƏYİNAT
Təhsil Nazirliyinin (TN) Aparat rəhbəri vəzifəsi müvəqqəti olaraq nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Muxtar Məmmədova həvalə olunub.
“Report”un məlumatına görə, yeni təyinata qədər Aparat rəhbəri vəzifəsini M.Məmmədov icra edəcək.
Qeyd edək ki, TN Aparat rəhbəri vəzifəsi uzun müddətdir vakantdır. Bu vəzifənin icrası müvəqqəti olaraq nazirliyin informasiya şöbəsinin müdiri Elnur Əliyevə tapşırılmışdı. E.Əliyev isə keçən ilin dekabr ayında vergilər nazirinin müşaviri təyin olunub.
Mənbə:> Report