2107 müəllimdən 243-ü imtahanı qazanıb
İş yerini dəyişmək istəyən müəllimlər test imtahanı veriblər.
Bu barədə virtualaz.org saytına Təhsil Nazirliyindən məlumat veriblər.
Xəbərdə deyilir ki, ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları və müsahibə mərhələsi başa çatıb. Müsabiqədə iştirak üçün müraciət edən şəxslərdən 2107 nəfəri test imtahanı mərhələsinə dəvət olunub. Onlardan 1621 nəfəri imtahanda iştirak edib, 345 nəfəri növbəti mərhələyə keçib.
Müsahibə mərhələsinə dəvət olunan 345 nəfərdən 297-si müsahibədə iştirak edib. Onlardan 243 nəfəri iş yerini dəyişmək hüququ qazanıb.
Bu barədə virtualaz.org saytına Təhsil Nazirliyindən məlumat veriblər.
Mənbə:> Virtualaz.org