Nazirlik 300 tələbəyə pul ödəyəcək
Keçən il olduğu kimi bu il də qəbul imtahanlarında 500-dən çox bal toplayıb ixtisas seçimində ilk yerdə müəllimliyi seçənlərə Təhsil Nazirliyi tərəfindən əlavə hər ay 100 manat veriləcək.
Bu haqda Oxu.Az-a Təhsil Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, 100 manat müəllimlik ixtisasını seçən 300 nəfərə veriləcək.
“500 bal toplayaraq ixtisas seçimində birinci və ikinci yerdə müəllimliyi seçənlərə əsas üstünlük veriləcək”.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən bu addım keçən il atılıb və ilk 300 nəfərə ayda 100 manat təqaüd verilib.
Mənbə:> Oxu.Az