TQDK bu gün qəbul imtahanının nəticələrini açıqlayacaq » AzNews.info -Xəbər portalı

TQDK bu gün qəbul imtahanının nəticələrini açıqlayacaq

TQDK bu gün qəbul imtahanının nəticələrini açıqlayacaq


Bu gün qəbul imtahanlarının nəticələri açıqlanacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından ANS PRESS-ə verilən məlumata görə, nəticələrin axşam saatlarında elan olunması nəzərdə tutulur.

Nəticələr elan olunduqdan sonra hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Xatırladaq ki, 24 may tarixində I və IV ixtisas qrupları üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirilib.

Ali təhsil müəssisələrinə ixtisas seçimi iyulun 30-dan avqustun 11-dək aparılacaq. Müsabiqə şərtlərinə əsasən I, II, III və IV ixtisas qrupları üzrə ixtisas seçiminə ümumi balı 200-dən və hər bir fənn üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Əgər müsabiqə şərtlərində hər hansı dəyişiklik olarsa, bu haqda məlumat veriləcək.

Dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə ixtisas seçimində iştirak etmək üçün qoyulan tələblər bu ilki məzunların qəbul imtahanları başa çatdıqdan sonra – iyul ayında TQDK tərəfindən müəyyən olunur.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 19 avqust 2015 15:34
  • Yazan: Corinne
Da, Rail Sadriev yumorı, yuk bulmasınga bar bulsın dige4n pirtnsipka korılgan, he4m fe4kat şuşı rolne gene4 fcti ŞulayVN:F [1.9.20_1166]Be4ya: +1 (5 tavıştan)

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *