Afrikanın ən məşhur şiri öldürüldü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Dünya

Afrikanın ən məşhur şiri öldürüldü

Afrikanın ən məşhur şiri öldürüldü


Afriaknın ən məşhur şiri Sesil “Hvanq” Milli Qoruğunda amerikalı turist tərəfindən öldürülüb.

Oxu.Az xəbər verir ki, bu barədə The Independent yazır.

Məlumata əsasən, 13 yaşlı şiri amerikalı diş həkimi Uolter Palmer arbaletdən atəş açaraq öldürüb. O Sesili ovlamaq üçün qeyri-qanuni safari təşkilatçılarına 54 min dollar pul ödəyib.

Amerikalı turisit Sesilin başını qənimət kimi götürüb, lakin hüquq-mühafizə orqanları heyvanın başını dəlil kimi müsadirə edərək Viktoriya-Fols məhkəməsinə göndərib.

Zimbabvenin heyvanların müdafiəsi üzrə dövlət təşkilatının (Zimbabwe Conservation Task Force) sədri Coni Rodriqezin sözlərinə görə, ölkə ərazisində qanunsuz ov görə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Ekspertlər, Sesilanın boynuna yerləşdirilən GPS-izləmə vasitəsi ilə müəyyən ediblər ki, heyvan ovçunun atəşindən sonra sağ qalıb, Uolter Palmer onu öldürmək üçün təxminən 40 dəqiqə qovub və onu qoruq ərazisindən kənara çıxararaq sonra ovlayıb. Bununla da özünü məsuliyyətdən kənarda saxlamağa çalışıblar.

The Washington Post yazır ki, Sesili həm Zimbabve sakinləri, həm də turistlər çox istəyirdilər. O ölkənin ən tanınmış heyvanı idi.

Coni Rodriqez Sesili dünyanın ən gözəl heyvanlardan bir adlandıraraq, onun heç vaxt heç kimi narahat etmədiyini bildirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *