Hava limanında 1 milyon dollar yoxa çıxdı » AzNews.info -Xəbər portalı

Hava limanında 1 milyon dollar yoxa çıxdı

Hava limanında 1 milyon dollar yoxa çıxdı


Honkonq Beynəlxalq Hava Limanında içərisində Cathay Pacific aviaşirkətinə məxsus 1 milyon Yeni Zelandiya dolları (657 117 ABŞ dolları) olan kisə yoxa çıxıb.

İtirilmiş kisə Honkonqa "Cathay Pacific" şirkətinə məxsus təyyarədə içərisində ümumilikdə 10 milyon Yeni Zelandiya dolları 12 kisə ilə birlikdə gətirilib. Pulların Çin Bankına (Bank of China) yük maşını ilə göndərilməsi nəzərdə tutulmuşdur.

Xarici müşahidə kameralarının qeydə aldığı kadrlardan müəyyən edilib ki, dönmə zamanı maşından üç kisə düşüb. Avtomobil mühafizəçilər tərəfindən müşahidə edilməyib. Sürücü itkini yalnız təyinat məntəqəsinə çatdıqdan sonra aşkar edib.

Bir qədər sonra üç kisədən yalnız ikisi hava limanının meydançasında tapılıb. Faktla bağlı oğurluq maddəsi ilə cinayət işi qaldırılıb, araşdırmalar aparılır.

Honkonqun ən iri aviaşirkəti "Cathay Pacific" 1946-cı ildə Hərbi Hava Qüvvələrinin əslən amerikalı və avstraliyalı olan iki keçmiş pilotu tərəfindən təsis edilib . Skytrax 5 ulduzlu reytinqinə sahib dünyanın 6 aviaşirkətindən biridir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *