Rayon maşınları paytaxta buraxılmayacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Rayon maşınları paytaxta buraxılmayacaq

Rayon maşınları paytaxta buraxılmayacaq


Bölgə qeydiyyatı olan yük və minik avtomobillərinin paytaxta girişi məhdudlaşdırılır. ANS PRESS-in məlumatına görə, maksimum kütləsi 5 tondan artıq yük avtomobillərinin, ayrı-ayrı regionlarda qeydiyyatda olan minik avtomobillərinin saat 7-dən 22-dək paytaxta girişinə müəyyən məhdudiyyətlər qoyulacaq. Bu xüsusi icazəsi olan avtomobillərə və maksimum kutləsi beş tondan aşağı paytaxt qeydiyyatı olan yük avtomobillərinə şamil olunmur.

Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə minik və ya yük təyinatlı olmasından asılı olmayaraq, sürücülər məhdudiyyətlər tətbiq ediləcək avtomobillərini paytaxtın giriş hissələrində təşkil edilmiş dayanacaqlarda saxlayacaqlar.

Bu dayanacaqlar şəhərin giriş hissələrində yaradılır. Həmin dayanacaqlar hər bir lazımi şəraitlə təchiz olunacaq və ödənişsiz olacaq. Elə həmin dayanacaqlarda sürücülərin və sərnişinlərin avtobuslarla ən yaxın metro stansiyasına çatdırılması həyata keçiriləcək.

Onu da vurğulayaq ki, tədbirlər planına əsasən, paytaxt küçələrində avtomobillərin park edilməsi, ictimai nəqliyyatın və taksi fəaliyyətinin təkmilləşdirilməsi, xüsusi dayanacaqların, yerüstü piyada keçidlərinin yaradılması həyata keçiriləcək.

Qeyd edək ki, bir müddət əvvəl paytaxta yükmaşınlarının vərayon qeydiyyatı olanmaşınların girişinə məhdudiyyət qoyulmuşdu.

Daha sonra ləğv olunan qadağanın yenidən qüvvəyə minəcəyi güman olunur.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *