Bakıda hərəkət edən rayon avtomobillərinin aqibəti necə olacaq? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakıda hərəkət edən rayon avtomobillərinin aqibəti necə olacaq?

Bakıda hərəkət edən rayon avtomobillərinin aqibəti necə olacaq?


DYP açıqlama verib.

Rayon avtomobillərinin Bakıya daxil olmasına qadağa qoyulmasından sonra şimal istiqamətdə avtomobillərin paytaxta axınında azalma müşahidə edilir.

Bunu Oxu.Az-a Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Kamran Əliyevin sözlərinə görə, rayon qeydiyyatında olan maşınların Bakıya daxil olmaması üçün yaradılan dayanacaqlar artıq 10-15 faiz dolub. Duracaqlarda kifayət qədər yer də var.

“Əsasən Şimal istiqamətindən gələn avtomobillərin sayında azalma müşahidə olunur. Görünür sürücülərimiz DYP-nin müraciətlərini və Bakı 2015 I Avropa Oyunlarını nəzərə alaraq fərdi nəqliyyat vasitələri ilə paytaxta daxil olmurlar”.

Şöbə rəisi paytaxtda hərəkət edən rayon qeydiyyatı olan avtomobillərin aqibətindən danışıb. K.Əliyev deyib ki, Bakıda hərəkət edən rayon qeydiyyatı olan avtomobillər üçün qadağa yoxdur.

“Rayonda qeydiyyatda olan avtomobillərin şəhərdən kənarlaşdırılması da nəzərdə tutulmur”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *