Dnesteryanı “DİN” rəhbərinin oğlu Yunanıstanda saxlanıldı
“Dnesteryanı Daxili işlər nazirinin” oğlu Maksim Kuzmiçev, Yunanıstanda moldavan polisinin tələbi üzrə saxlanılıb. Daha öncə onu beynəlxalq axtarışa veriblər.
Oxu.Az xəbər verir ki, Publika TV üçün bu məlumatı moldovan İnterpolunun rəhbəri Fredolin Lekar təsdiqləyib.
Baş inspektorun məlumatına görə, Kuzmiçev-kiçik xüsusi iri həcmli şantajda, eləcə də kriminal qruplaşma yaratmaqda ittiham edilir. O, 15 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Onu Afinada aeroportda saxlayıblar. Kuzmiçevi Yunanıstandan ekstradisiya etməyiblər. Dnesteryanı “DİN” rəhbərinin 25 yaşlı oğlu Tisraspol iqtisadi polisinin İdarəsində çalışır.
“Yunanıstanın hüquq-mühafizə orqanları onun Moldovaya ekstradisiyası haqqında qərar qəbul etməlidirlər. Qərar 40 gün müddətində qəbul edilməlidir, bu müddət ərzində Moldovanın səlahiyyətli strukturları Yunanıstana lazımi sənədlər göndərməlidirlər”, - Beynəlxalq qarşılıqlı polis fəaliyyəti mərkəzinin rəis müavini Viorel Tsentyu bildirib.
Mətbuat yazır ki, Kuzmiçev 2013-cü ilin noyabr ayında Tisraspol polisinin həbs etdiyi, yerli Varnitsa müşaviri Vital Beşlyaqin işində fiqurantdır.
Mənbə:> Oxu.Az